07 may 2024 12:11
228

Azərbaycanla sərhəddə minalar partlayış yolu ilə zərərsizləşdiriləcək

Erməni istehkamçılar Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş regionunun Kirants (Güney) kəndi yaxınlığında minaları partlayış yolu ilə zərərsizləşdirəcəklər.

“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Minatəmizləmə işləri sözügedən kənddən 1800 metr şimalda aparılacaq.

“Ətraf ərazilərdə yaşayan sakinlərdən xahiş olunur ki, bu barədə məlumatı nəzərə alsınlar və təşvişə düşməsinlər”, - məlumatda qeyd olunub.