07 may 2024 13:14
235

Bəzi dövlət qurumlarının “Qaynar xətt"ində bir çox zənglərə cavab verilmir- Komitə sədri

Bəzi dövlət qurumlarının “Qaynar xətlər”ində bir çox zənglərə cavab verilmir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat hesab edir ki, bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətlər” öz adına uyğun fəaliyyət göstərmir:

"Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla "Qaynar xətt" anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır”.