Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
“İki sahil”in Azərtaca istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib