07 may 2024 14:19
243

Türkiyə hərbçiləri Suriyanın şimalında dörd terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının dörd silahlısı ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Fərat qalxan” bölgəsində terrorçu qruplaşmanın dörd silahlısı Türkiyə hərbçilərinə atəş açıb. Onlar cavab atəşi ilə öldürülüb.