07 may 2024 14:19
241

Ailə ənənələrini və qədim dəyərləri qorumaq Rusiya dövləti üçün əsas prioritetdir - Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, xalqı qorumaq, eləcə də qədim dəyərləri və ənənələri qoruyub saxlamaq ölkə üçün əsas prioritetlərdir.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Putin andiçmə mərasimindən sonra çıxışında xalqı, ənənələri və qədim dəyərləri qorumağın Rusiya dövləti üçün əsas prioritet olduğunu vurğulayıb.

"Əsrlər boyu formalaşmış ailə dəyərlərinə və ənənələrini qorumaq ictimai və dini birlikləri, siyasi partiyaları və bütün səviyyələrdə hakimiyyəti birləşdirməyə davam edəcək", - Rusiya lideri bildirib.

Eyni zamanda, o, qeyd edib ki, ölkənin və regionların inkişafı ilə bağlı qərarlar rus ailələrinin həyat keyfiyyətini yaxşılaşdırmalıdır. Putin çıxışı zamanı onu da vurğulayıb ki, onun yeni prezidentlik müddətinin nəticələri vətəndaşların ümumi birliyindən asılı olacaq.