07 may 2024 16:39
273

Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir- Aleksandr Novak

Hazırkı qlobal neft qiymətləri bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir.

“İki sahil”in “TASS“a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini vəzifəsini icra edən Aleksandr Novak deyib.

“Bazar ehtiyatların mövcudluğuna, tələbata, dünya iqtisadiyyatlarının artım templərinə reaksiya verir. Ona görə də qiymət tamamilə normaldır, mövcud vəziyyəti adekvat şəkildə əks etdirir”, - Aleksandr Novak qeyd edib.

O həmçinin "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin hasilatı artırmaq imkanlarını məsələsini şərh edib: "Bizim hələ də əvvəllər razılaşdığımız həcmlərimiz var və biz onlara əməl edirik".