07 may 2024 16:31
251

Hadisə məktəbin ərazisində olmayıb

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib: “Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Tərtər şəhər 2 saylı orta məktəbin şagirdinin başqa məktəbin şagirdi olan həmyaşıdı arasında dava-dalaş baş verib. Yeniyetmələr arasındakı əlbəyaxa dava zamanı onlardan biri ağır xəsarət alıb. Xəsarət alan 15 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib. (“Qafqazinfo”)