07 may 2024 16:52
299

Zaxarova Londonu hədələdi

London Kiyevin Rusiya ərazisini Britaniya silahları ilə vuracağı ilə hədələdiyi təqdirdə, Rusiyanın Ukraynadakı və onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərinə zərbələr endirmək hüququ var. 

“İki sahil”in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.

“Əgər belə bir ssenari reallaşarsa, o zaman ölkəmiz, Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini – hərbi obyektləri, silahları hədəf kimi vurmaq hüququnu özündə saxlayır”, - deyə rusiyalı diplomat qeyd edib.