07 may 2024 23:05
283

Kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlayıb - Baş Prokurorluq

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.