08 may 2024 08:04
210

Si Cinpin Serbiyada səfərdədir

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransadan sonra Serbiyaya səfər edib.

“İki sahil” “Tanjug” agentliyinə istinadla xəbər verir ki, Çin rəhbərini Belqrad aeroportunda Serbiya prezidenti Aleksandr Vuçiç, Baş nazir və parlamentin sədri qarşılayıb. Bu, Çin rəhbərinin son 8 ildə Belqrada ilk səfəridir.

Si Cinpinin rəhbərlik etdiyi nümayəndə heyətinə 400-dən artıq şəxs daxildir. Rəsmi görüşlər səhər başlayacaq.

Çin nümayəndələrinin təhlükəsizliyini 6500 polis əməkdaşı qoruyur.