Şimali Makedoniyada parlament seçkiləri, eləcə də prezident seçkilərinin ikinci turu başlayıb, 3480 seçki məntəqəsi qapılarını açıb.
“İki sahil” xəbər verir ki, səsvermə proseduru saat 19:00-da (Bakı vaxtı ilə 21:00) başa çatacaq. Gün ərzində respublikanın 1 milyon 810 minə yaxın vətəndaşı öz seçki hüquqlarından istifadə edə biləcək.
Assambleyada (birpalatalı parlament) yerlər uğrunda 17 partiya və koalisiyadan olan namizədlər mübarizə aparacaq (5 koalisiyaya 50-yə yaxın partiya daxildir).
Məhərrəm Ağalaroğlu, “İki sahil”