08 may 2024 10:14
208

Abşeronda 2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər müəyyən edilib.

DİN-dən "İki sahil"ə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.