Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.
"İki sahil” ADY-yə istinadən xəbər verir ki, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.
Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır