08 may 2024 11:10
100

2025-ci il turizm sektoru üçün gərgin keçəcək - Kənan Qasımov

Gələn il turizm sektoru iş yükü baxımından gərgin olacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, turizm koodinasiyalı fəaliyyət növüdür və koordinasiya olmasa, digər dövlət qurumları, özəl sektor proseslərə cəlb edilməsə yüksək nəaliyyətlər əldə etmək mümkün olmayacaq.