08 may 2024 11:27
307

Litva ukraynanılara daimi yaşayış hüququ verməyəcək

Litva hərbi xidmətdən yayınan Ukrayna vətəndaşlarına daimi yaşamaq icazəsi verməkdən imtina edə bilər. 

Bu barədə “İki sahil” TASS-a istinadla xəbər verir.

Respublikanın baş naziri İnqrida Şimonite bildirib ki, Ukrayna vətəndaşlarının deportasiyasının təşkili isə qanunsuzdur.

Baltikyanı Respublikasının baş naziri  “Financial Times”a verdiyi açıqlamada bildirib ki, Litva Ukraynaya silahlı qüvvələrini yeniləmək və uzun müddət döyüşən şəxslərin dincəlməsi üçün kömək etmək istəyir.

Şimonite həmçinin əlavə edib ki, respublikanın hakimiyyət orqanları ölkədə ukraynalı kişilərin axtarışını və ya deportasiyasını həyata keçirmək niyyətində deyil. Çünki bu, qanunsuzdur.

Onun sözlərinə görə, Aİ ölkələri 2025-ci ilin martına qədər ukraynalıların müdafiəsinə zəmanət verir.