Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 110 054 müraciət üzrə 180 527 "ASAN İmza" sertifikatı verilib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 4 ayda vergi ödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Hesabat dövründə 2 261 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 1 887 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır