08 may 2024 11:47
217

NATO-nun UKRAYNA İLƏ BAĞLI GİZLİ PLANI

Bu ilin iyul ayında NATO-nin sammiti keçiriləcək. Həmin toplantıda alyans ölkələri Ukrayna münaqişəsinə yeni yanaşmanı təsdiqləyə bilərlər.

“İki sahil” xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzeti NATO-nun sənəd layihəsinə istinadla yazır ki, alyans Ukraynaya hərbi yardımın koordinasiyasını öz üzərinə götürəcək. Eyni zamanda münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannamə də qəbul edəcək.

“Corriere della Sera” yazır ki, NATO sammitində daha bir mühüm məsələ həll olunacaq. Ukraynaya hərbi yardımı koordinasiya edən “Ramşteyn Qrupu”na rəhbərlik Pentaqondan NATO-nun Brüsseldəki mənzil-qərargahına köçürüləcək. Bildirilir ki, bu halda yardımlar daha səmərəli idarə oluna bilər.