08 may 2024 12:18
217

Rusiya öz adət-ənənələri ilə yaşamaq istəyən hər kəs üçün mübarizə aparır - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya nasizmin yeni təzahürlərini rədd edən və öz ağlı ilə yaşamaq istəyən hər kəs üçün mübarizə aparır.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Lavrov qeyd edib ki, Rusiya hamı üçün, öz ağlı ilə yaşamaq istəyən, öz adət-ənənələri ilə yaşamaq istəyən,  Qərbin daim öz satellitlərinə sırımağa çalışdığı  nasizmin, irqi ayrı-seçkiliyin yeni təzahürlərini yaşamaq istəməyənlərin hamısı üçün mübarizə aparır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən bildirmişdi ki, qədim dəyərlərin və ənənələrin qorunub saxlanması ölkə üçün əsas prioritetdir.