08 may 2024 14:00
296

Almaniyada sənaye istehsalı AZALIB

Avropanın ən böyük iqtisadiyyatı olan ölkəsi Almaniyada sənaye istehsalında əvvəlki ayda əldə olunan yüksəlişdən sonra azalma müşahidə olunub. Lakin azalma tempi gözləniləndən bir qədər az olub.

“İki sahil” xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara görə, sənaye istehsalı mart ayı ilə müqaisədə 0,4 faiz azalıb. Ekspertlərin gözləntilərinə görə azalma 0,7 faiz olacaqdı.

İstehsalın 2024-cü ilin yanvar-mart aylarında ötən ilin dördüncü rübünə nisbətən 1.0 faiz yüksək olduğu bildirilib. Ötən ilin eyni ayı ilə müqaisdə sənaye istehsalında 3,3 faiz azalma müşahidə olunub.

Emal sənayesi istehsalının 0,4 faiz azaldığı aprel ayında tikinti sektorunda isə 1,0 faiz artım olub. Digər tərəfdən, enerji istehsalı sektorunda heç bir dəyişiklik baş verməyib.