08 may 2024 15:05
239

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmayıllıda dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn edilib.

“İki sahil” xəbər verir ki, şəhidin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.