09 may 2024 12:35
277

Braziliya faiz dərəcələrini aşağı saldı

Braziliya Mərkəzi Bankı (BCB) ardıcıl yeddinci iclasında faiz dərəcələrini endirib. BCB-nin Pul Siyasəti Komitəsi (COPOM) aktiv kredit faiz dərəcəsini (Selic) 10,75 faizdən 10,50 faizə endirib. Hərraclarda da faiz dərəcəsinin bu səviyyəyə salınacağı gözlənilirdi. Braziliya Mərkəzi Bankının açıqlamasında inflyasiya ilə mübarizə prosesinin inkişafı, qiymətləndirilən ssenarilər, risk balansı və mövcud məlumatların geniş spektri nəzərə alınaraq 25 dərəcə azalma qərarının verildiyi bildirilib.

Açıqlamada 2025-ci il də daxil olmaqla, pul siyasətinin müvafiq dövrü ərzində inflyasiyanın hədəf ətrafında bir səviyyəyə yaxınlaşması strategiyasının qəbul edildiyi xatırladılıb. Qiymət sabitliyini təmin etmək kimi əsas məqsədə xələl gətirmədən bu qərar həm də iqtisadi dalğalanmaların (devalivasiya) yumşaldılması və tam məşğulluğun təşviqi deməkdir.

Bankın son həftəlik məlumatına görə, iqtisadçılar Selic-in 2024-cü ili 9,50 faizlə başa vuracağını gözləyirlər. Sorğunun 2025-ci ilin sonu üçün təxmini 9 faiz təşkil edib.

Braziliyada son aylarda istehlak qiymətlərinin artım tempi sabit olaraq qalıb. İnflyasiyanın sonuncu dəfə mart ayında 3,93 faiz olduğu açıqlanmışdı. 2022-ci ilin aprel ayında isə inflyasiya 12,13 faizə çatmışdı.

Braziliya Mərkəzi Bankının hesablamalarına əsasən inflyasiyanın bu ili BMB-nin 3,25 faiz hədəfindən yuxarı 3,72 faizlə başa vuracağı gözlənilir. Hesablamalarda iştirak edən iqtisadçılar inflyasiyanı gələn ilin sonuna 3,64 faiz proqnozlaşdırıblar.

Orxan Vahidoğlu, "İki sahil"