09 may 2024 23:47
408

Parazitlərə yoluxma riskini artıran səbəb

"Rossiya 1" telekanalındakı "Ən vacibi haqqında" sağlamlıq şousunda mütəxəssislər yemək hazırlamaq və saxlamaq üçün sadə qaydalara riayət etməklə, parazitlərə və bağırsaq infeksiyalarına yoluxma riskini necə azaltmaq və sağlamlığınıza zərər vermədən sevimli yeməklərinizin ləzzətini almaq barədə danışıblar.

Uzun müddət bişirmə yeməkdə parazitlərin qalma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə yumurtaları yüngül bişirsəniz və ya qaynatsanız, mikrodalğalı sobada qısa müddətə bişirsəniz yoluxma ehtimalı daha yüksəkdir. Parazitlərlə yanaşı, çiy və az bişmiş qidalarda salmonella, E. koli və kampilobacter kimi bağırsaq infeksiyaları da ola bilər. Bu bakteriyalar ciddi mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Çiy balıq, çiy ət və suşi parazitlərin əsas mənbəyidir. Çay balığı xüsusilə təhlükəlidir və tamamilə yüksək istilikdə bişirilməlidir. Az bişmiş balıq yemək soliter infeksiyasına yoluxmaya səbəb ola bilər. Çiy və az bişmiş qidaların qəbulu ilə bağlı risklərin qarşısını almaq üçün aşağıdakı qaydalara ciddi əməl edilməlidir: ət, quş əti və balıqları tam bişənə qədər bişirin, çiy yumurta və ya tərkibində çiy yumurta olan qidalardan imtina edin, meyvə və tərəvəzləri yeməkdən əvvəl yaxşıca yuyun, tez xarab olan qidaları soyuducuda və ya dondurucuda saxlayın!

Nubar Süleymanova, “İki sahil”