09 may 2024 17:01
303

Türkiyənin VALYUTA EHTİYATI AÇIQLANDI

Türkiyə Respublikasının Mərkəzi Bankının ehtiyatları 124 milyard 80 milyon 70 min dollardan 126 milyard 855 milyon dollara yüksəlib.

“İki sahil” xəbər verir ki, Mərkəzi Bankın həftəlik açıqlanan ehtiyat məlumatlarına görə, bir həftə ərzində 2 milyard 774 milyon 930 min dollar artım olub.

Qızıl ehtiyatları 57 milyard 707 milyon dollara çatıb. Ötən həftə bu məbləğ 59 milyard 113 milyon 180 min dollar səviyyəsində olub.

Valyuta ehtiyatları 69 milyard 150 milyon dollara çatıb. Ötən həftə bu məbləğ 64 milyard 966 milyon 890 min dollar olub.