Parlament seçkilərinə hazırlıq prosesi davam edir.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı geniş maarifləndirmə işlərinə başlanılıb: "Maarifləndirmə proqramı təsdiq edilib və Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK-nın iclasında bunu müzakirə edəcəyik".