Bu il ərzində Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə daxil edilib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
O bildirib ki, bu şirkətlər 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcək: "İstəyirəm ki, "qara siyahı"ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər".
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır