13 may 2024 14:12
575

Alkoqol istehlakı xərçəng riski yaradır - HƏKİM MƏSLƏHƏTİ

Onkoloqdan XƏBƏRDARLIQ: Alkoqol istehlakının "təhlükəsiz" səviyyəsi deyə bir şey yoxdur!

Həddindən artıq alkoqol istehlakı orqanizmdə sağlamlıq problemləri riski yaradır. Eyni zamanda, mütəxəssislər hesab edir ki, alkoqol xərçəngin inkişaf riskini artırır. 

“İki sahil” xəbər verir ki, bunu “aif.ru”ya onkoloq Vadim Pokrovski bildirib.

"Biz spirtli içki qəbul edəndə etanolun aldehidə çevrilməsi prosesi aktiv şəkildə baş verir" – mütəxəssis deyib.

Ekspertin sözlərinə görə, aldehid orqanizmdə radikal prosesləri “işə” salan, DNT-ni, zülalları və hüceyrə membranlarını zədələyən zəhərli maddədir.

Pokrovski hesab edir ki, xərçəng ilk növbədə alkoqol qəbulu nəticəsində inkişaf edən xəstəlik deyil. Amma spirtin orqanizmdə başqa problemlər doğurduğunu unutmaq lazım deyil. Onkoloq bildirib ki, alkoqol istehlakının "təhlükəsiz" səviyyəsi deyə bir şey yoxdur. Hər bir insanın orqanizmi buna fərdi reaksiya verir.

Nüsrət Məmmədov, "İki sahil"