15 may 2024 01:35
391

Yaş artıqca ağrıkəsicilər daha təhlükəli olur

60 yaşdan yuxarı insanlar tez-tez müxtəlif səbəblərə malik olan xroniki ağrılardan şikayət edirlər. Belə hallarda ağrıkəsicilər vasitəsilə mübarizə aparmaq mümkün deyil. Çünki müvəqqəti rahatlama çox vaxt ciddi sağlamlıq nəticələri ilə nəticələnir.

“Steroid olmayan və iltihab əleyhinə dərmanlar 65 yaşdan yuxarı insanlara verilməməlidir”,-deyə rusiyalı həkim Aleksandr Myasnikov “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramında xəbərdarlıq edib.

“Yaş nə qədər böyükdürsə, ağrıkəsicilər bir o qədər təhlükəlidir. Siz xəstənin ağrısını bir müddət rahatlaşdıra bilərsiniz, ancaq sonra o, mədə qanamasından, infarktdan və ya qaraciyər çatışmazlığından əziyyət çəkəcək”, - deyə doktor Myasnikov izah edib.

Nubar Süleymanova, “İki sahil”