Elektron ödəniş təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Mərkəzi Bankının gündələyindədir.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, indiyə kimi 20-dən çox elektron pul və ödəniş təşkilatı lisenziya üçün AMB-yə müraciət edib.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır