Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.
"İki sahil"in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır