Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % çox investisiya yönəldilib.
Bu barədə “İki sahil”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 % artıb.
İstifadə olunmuş investisiyanın 2 milyard 828,9 milyon manatı və ya 54,1 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 979,3 milyon manatı (37,8 %-i) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 4 milyard 210,1 milyon manatını və ya 80,5 %-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 687,6 milyon manatı və ya 70,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır