Son beş ildə finteks, xüsusilə texnologiyalar sahəsinə investisiyalar kifayət qədər artıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Finteks Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən “Fintex Sammit 2024” tədbirində deyib.
O bildirib ki, ötən il qlobal fintex sahəsinə 113 milyard manat investisiya qoyulub.
“Ümumilikdə 2022-ci ildə bu sektorda dünya səviyyəsində durğunluq var idi. Buna səbəb dünyada faizlərin atması, qeyri-sabit siyasət və nəticədə investorların bir qədər ehtiyatlı davranmalarıdır. Ölkə səviyyəsində son beş ildə nağdsız ödəniş 10 dəfəyə yaxın inkişaf edib. Son üç ildə POS-terminal üzrə ödənişlər 4 dəfəyə yaxın artıb. Belə ki, hər il POS-terminal üzrə ödənişlər 4 dəfəyə yaxın artaraq dövriyyə 10 min manata çatıb”, - deyə R.Talıbov qeyd edib.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib