Bu ilin aprel ayında Azərbaycan üzrə ev təsərrüfatı və biznes subyektlərinin internetə çıxış səviyyəsi 78% olub.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirəsində çıxışı zamanı deyib.
O, bildirib ki, may ayının ortasında geniş zolaqlı internetin əhatəliliyi ölkə üzrə 80%-dən yuxarı olub: "Bu, ölkədə internetə çıxışın transformasiyasını göstərir. Son iki ildə ölkə üzrə internetin sürəti orta faizlə 92% artıb. Ümid edirik ki, bu sürəti ilin sonuna qədər əsaslı şəkildə artıracağıq".
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib