“İki sahil” xəbər verir ki, Rəqabət Şurasının verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Rəqabət Şurasının 08.04.2021-ci il tarixli 21-20/248-105 saylı qərarı ilə GOOGLE ümumi axtarış xidmətləri bazarında “Google”un öz yerli axtarışı (Local Unit) və yaşayış qiymətlərinin müqayisəsi (Google Hotel Ads-GHA) xidmətlərinə ümumi axtarış nəticələri səhifəsində mövqe və nümayiş baxımından rəqibləri üzərində üstünlük verməklə və rəqib yerli axtarış saytlarının yerli axtarış girişinə əngəl olaraq rəqiblərin fəaliyyətində çətinliklər yaradaraq və yerli axtarış xidmətləri və yerləşmə qiymətlərinin müqayisəsi xidmətləri üçün bazarlarda rəqabəti pozaraq 4054 saylı Rəqabətin Qorunması haqqında Qanunun 6-cı maddəsini pozduğu müəyyən edilib və “Google”a 296 084 899,49 türk lirəsi (TL) inzibati cərimə kəsilib."