2024-cü ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,4 milyard manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 3,8% artıb.
Qeyd edək ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3,8% artaraq 20,5 milyard manata bərabər olub, onun 44,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib