Azərbaycanda nəqliyyat sahəsində bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6% və 7,8% artıb.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 73,8 milyon ton yük daşınıb. Yüklərin 3,5%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 31,2%-i isə boru kəməri ilə daşınıb.
Qeyd edək ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,3% təşkil edib.
2024-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 623,9 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib