Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib.
"İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 75,2 % çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 73 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 219,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 % artıb, maşın və avadanlıqların istehsalı 16,8 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 % azalıb.
Bu ilin ilk 4 ayında ölkədə 948 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 311 ədəd və yaxud 24,7 % az minik avtomobili istehsal olunub. Bu il mayın 1-nə ölkədə 273 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən aylar ərzində Azərbaycanda 233 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 20,5 % azdır. Nəticədə, bu il mayın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib