Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) ilk Kollegiya iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri, general-leytenant İlqar Musayev Kollegiyanın Xidmətin fəaliyyətinin əsas istiqamətləri üzrə məsələlərə kollegial şəkildə baxaraq müvafiq qərarlar qəbul edən orqan olduğunu bildirib.
O, Kollegiyanın iclaslarında Xidmətin fəaliyyətinin əsas istiqamətləri, döyüş hazırlığının və ictimai hazırlığın vəziyyəti, hərbi qulluqçuların attestasiyasının nəticələri, Xidmətin maliyyə və təsərrüfat fəaliyyəti, icra intizamının vəziyyətinin müzakirə olunduğunu və müvafiq qərarlar qəbul edildiyini qeyd edib.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib və müzakirə olunan məsələlər ətrafında Kollegiya üzvləri və müstəqil qurum rəisləri çıxış ediblər. Yekunda qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib