Maliyyə sektorun risklərini requlyator olaraq iki hissəyə bölürük.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Şahin Mahmudzadə "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.
O bildirib ki, bura fiziki risklər və keçid riskləri aiddir:
"Fiziki risklərə daşqınlar, su basmaları aiddir. Bu risklər baş verərsə iqtisadiyyata və maliyyə sektoruna zərərləri kifayət qədər yüksək olar. Fiziki risklərin sığorta vasitəsilə qarşısı alınır. Bizimdə məqsədimiz bu riskləri təkrar sığorta vasitəsi ilə xaricə ötürməkdir. Hazırda Azərbaycanda fiziki risklərin birbaşa təsiri bank kanalları vasitəsi ilə kreditlərə təsir göstərir", - deyə Ş. Mahmudzadə əlavə edib.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib