17 may 2024 14:22
1055

Çürüyən əfsanələr belə görüntüləndi

İlk dəfə 1950-ci illərdə istehsal edilən və zamanına damğasını vuran 36 Corvette avtomobili ABŞ-ın Nyu York şəhərində qarajda tərk edilmiş halda görüntülənib. Alman rəssam Peter Maksa məxsus avtomobil kolleksiyası Skott Heller adlı kolleksiyonerə satılıb.

25 ildir qarajda saxlanılan avtomobillərin yeni alıcılar tərəfindən yenilənməsi gözlənilir. Avtomobillərin istehsal tarixi 1953-1989-cu illər arasında dəyişir. 1953-cü ildə istehsal olunan avtomobildən dünyada 300, 1955-ci ildə isə cəmi 700 avtomobil istehsal edilib.

Zərər görən avtomobillərin əksəriyyətinin əsaslı təmirə ehtiyacı var.

Dünyanın ən böyük Corvette avtomobil kolleksiyasını iki oğlu və əmisi oğlu ilə birlikdə aldığını deyən Scott Heller maşınları Maksla birlikdə  yeniləmək istədiyini, lakin bu təklifi Maks tərəfindən rədd edildiyini bildirib.

Ən böyük məqsədlərinin avtomobilləri əvvəlki şöhrətinə qaytarmaq olduğunu bildiriblər. Bu prosesdən sonra hərraca diqqət yetirəcəklərini bildirən kolleksionerlər avtomobilləri tək-tək deyil, kolleksiya şəklində satılmasını ümid edirlər.

Corvette sevərlərin arzusu olan qarajdan kadrları təqdim edirik:

Orxan Vahidoğlu, "İki sahil"