Gələcəkdə Avropa Azərbaycandan "yaşıl" enerji idxal edə biləcək.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.
"Gələcəkdə bir çox Avropa ölkələri Azərbaycandan neft və qaz idxal etmək əvəzinə günəş və külək enerjisini, eləcə də, digər faydalı resursları idxal edə biləcəklər", - deyə o bildirib.
Rokkasalvo Azərbaycanın beynəlxalq danışıqlar aparmaq, iqlim dəyişikliyi ilə mübarizə üzrə həll yolları axtarmaq və gələcək nəsillərin gələcəyini təmin etmək üçün COP29-a ev sahibliyi edəcəyini bildirib.
"BMTİP ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığı möhkəmləndirə, eləcə də iqlim dəyişikliyinə razılaşdırılmış və səmərəli cavab reaksiyası verə bildiyimiz üçün qürur duyuruq", o deyib.
O, həmçinin, innovasiyaların özəl sektordan, elmi dairələrdən və analitik mərkəzlərdən qaynaqlanmasının çox vacib olduğunu qeyd edib.
"Bizim çox mühüm hədəfimiz var - qlobal temperaturun artmasını 1,5 dərəcəyədək məhdudlaşdırmaq", - deyə Rokkasalvo əlavə edib.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib