Ələt Azad İqtisadi Zonasında 2026-cı ilin birinci yarısından istifadəyə veriləcək karqo terminalı vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq.
“İki sahil” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
O vurğulayıb, Ələt Azad İqtisadi Zonası müştərilərinə ərazidə infrastruktur və kommunal xidmətlər, eləcə də bütün növ nəqliyyat və logistika xidmətləri ilə təmin edir: “Müştərilərin logistika və nəqliyyat xidmətlərinə olan ehtiyaclarını ödəməkdən əlavə, biz nəqliyyat logistika mərkəzləri yaradırıq. İqtisadi Zonada yaradılmış müəssisələrə fiskal və qeyri-fiskal güzəştlər paketini, o cümlədən istənilən vergilərdən, istənilən korporativ vergilərdən azadolma təqdim edirik”.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib