Çindən Avropaya qədər “yaşıl dəhliz” yaratmaq niyyəti var. Bu o deməkdir ki, burada bütün nəqletmə marşrutları, dəmir yolu infrastrukturu “yaşıl” olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.
Onun sözlərinə görə, yaşıllaşdırma strategiyası bütün nəqliyyat sektoruna şamil edilməlidir.
“Məsələn Bakı Gəmiqayırma Zavodu 2030-cu ildən yalnız hibrid 2035-ci ildən isə yalnız elektrik gəmilər tikməlidir. Bu, o deməkdir ki, gəmilərin dizaynı dəyişməlidir”, - Taleh Ziyadov qeyd edib.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib