Kənd Təsərrüfatı Nazirliyi son 5 ildə fermerlərə irriqasiya sistemlərinin quraşdırılması üçün 93,3 milyon manat subsidiya ayırıb.
“İki sahil” xəbər verir ki, bunu nazirliyin Aparat rəhbəri Azad Cəfərli "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu vəsait 38,2 min hektar ərazi üçün ayrılıb.
A. Cəfərli qeyd edib ki, Azərbaycanda 119 500 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb: "Ölkədə müasir suvarma sistemlərinin istifadəsi təşviq edilir".
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib