19 may 2024 03:11
318

Çexiyada çempion bilindi

Çexiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, Praqa "Sparta"sı olub. Komanda 34-cü turda səfərdə "Mlada Boleslav"la qarşılaşıb. "Sparta" meydan sahiblərini 5:0 hesabı ilə darmadağın edib.

Bununla da "qırmızılar" xallarının sayını 86-ya çatdırıblar. Sona 1 tur qalmış 2-ci yerdəki "Slaviya"nı 4 xal qabaqlayan "Sparta" ardıcıl 2-ci, ümumilikdə isə 38-ci dəfə ölkə çempionu olub.