Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin isə işi prokurorluqdadır.
“İki sahil” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb.
Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib