Azərbaycanda ölçmə vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid 18 sahə müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev bu gün keçirilən Milli Metrologiya Forumunda deyib.
Onun sözlərinə görə, bu sahələr, xüsusilə insanların həyat və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə törədə bilən sahələrdir: "Bu sahələrdə ölçmələrə dair məcburi tələblər müəyyən edilir.
Həmin qeyd edilən 18 sahədən səhiyyə, baytarlıq, fitosanitar sahələrində dövlət nəzarətinin aparılması zamanı tətbiq edilən ölçmə vasitələrində metroloji norma və qaydaların pozulması faktları aşkar edilib".
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib