Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq standartlara uyğunlaşdırması üçün normativ hüquqi aktlarla bağlı layihələr hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, malın mənşə ölkəsinin müəyyən edilməsi sahəsində ekspertizanın aparılması və mənşə sertifikatının verilməsi sahəsində normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktlar layihələri hazırlanmaqla aidiyyəti üzrə təqdim edilib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda “Texniki tənzimləmə haqqında” və "Standartlaşdırma haqqında" qanunları qəbul edilib: “Hazırda həmin qanunlardan irəli gələn bir sıra normativ hüquqi aktlar qəbul edilib. Bəzilərinin üzərində isə iş aparılır”.
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub