İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti 2023-2024-cü illərdə akkreditasiya edilmiş qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulması halları müşahidə edilib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, xüsusilə 37 uyğunluğu qiymətləndirən qurumda araşdırma aparılıb: "Araşdırmalar zamanı həmin qurumlarda səlahiyyətlərindən yayınma, eyni zamanda bir sıra digər pozuntular aşkarlanıb."
O qeyd edib ki, hesabat dövründə əsasən 16 halda akkreditasiya sahəsindən yayınma, 4 halda akkreditasiya olunmadan fəaliyyət göstərmə, 2 halda isə sənədlərin təsdiq edilmiş formaya uyğunsuzluğu aşkarlanıb.
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub