20 may 2024 20:10
282

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

İranın Azərbaycandakı səfirliyinin binası önündə mayın 19-da helikopter qəzasında həlak olmuş şəxslərin xatirəsi üçün güşə yaradılıb.

“İki sahil” xəbər verir ki, ölkə vətəndaşları İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İran xalqına dəstək nümayiş etdirirlər.

Sakinlər yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər.