21 may 2024 12:31
196

ABŞ Gürcüstana böyük hərbi və iqtisadi yardım paketi ayıra bilər, amma...

Tbilisi anti-Qərb ritorikasından əl çəkərsə, Vaşinqton Gürcüstana böyük hərbi və iqtisadi yardım paketi ayıra bilər.

“İki sahil” xəbər verir ki, bu haqda “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu həftə ABŞ Konqresi Gürcüstana dəstək haqqında qanun layihəsinə baxa bilər. Buraya həmçinin viza rejiminin sadələşdirilməsi də daxildir.

Əgər bu təşəbbüs təsdiqlənərsə, Amerika hakimiyyəti ölkəyə hərbi yardım paketi hazırlamalıdır.

Qəzet yazır ki, proqram yalnız ABŞ Gürcüstanın demokratiyanın möhkəmləndirilməsində əhəmiyyətli və davamlı irəliləyiş olduğunu təsdiqləyərsə, işə düşəcək.